Belarus könüllülərdən ibarət xalq qurtuluş qüvvələri yaradır
Tarix: 27-05-2022 18:27 | Bölmə: Dünya
Belarus könüllülərdən ibarət xalq qurtuluş qüvvələri yaradır

Belarus könüllülərdən ibarət xalq qurtuluş qüvvələri yaradır.

TASS xəbər verir ki, bu plan barədə Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

Onun sözlərinə görə, Belarus Prezidenti, Ali Baş Komandan Aleksandr Lukaşenko mayın 26-da keçirdiyi müşavirədə xalq qurtuluşçularından ibarət qüvvənin yaradılması barədə tapşırıq verib/Report.

Qeyd edək ki, Belarus Silahlı Qüvvələri də ölkənin cənub istiqamətində əməliyyat komandanlığının yaradılması üçün uyğun qoşun qruplaşmasının formalaşdırılmasını nəzərdən keçirir. Belarus Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko bildirib ki, Cənub Əməliyyat Komandanlığının yaradılması cənub istiqamətdə yaranan təhlükəsizlik təhdidlərinə cavab vermək məqsədi daşıyır. Bu istiqamətdə bir sıra hərbi hissələrin və qoşun bölmələrinin yaradılması nəzərdə tutulur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}