Rusiya qoşunları iki yaşayış məntəqəsindən geri çəkilib
Tarix: 28-05-2022 11:00 | Bölmə: Dünya
Rusiya qoşunları iki yaşayış məntəqəsindən geri çəkilib

"Rusiya şimal istiqamətində Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsini gücləndirmək üçün tədbirlər görür".

Reyting.az
xəbər verir ki, Ukrayna Baş Qərargahının döyüş zonalarından yaydığı son məlumata görə, Rusiya Xarkov istiqamətində aktiv hücum əməliyyatları keçirməyib:

"Müdafiə Qüvvələrinin ehtimal olunan fəaliyyət sahələrinin uzaqdan minalanması işləri aparılıb. Əsas səylər işğal olunmuş mövqelərin saxlanmasına, itkilərin və ehtiyatların artırılmasına, həmçinin hücumun bərpasına şərait yaradılmasına yönəldilib. Təmas xətti boyunca bölmələrimizə atəş zərbələri, raket zərbələri davam edir. Rusiya Silahlı Qüvvələri bəzi istiqamətlərdə uğur qazana bilməyib və itki verib.

Ukrayna Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində Rusiya qoşunları xeyli itki verərək Novopil və Novodarivka yaşayış məntəqələri ərazilərində geri çəkilib. Cənub Buq istiqamətində işğalçılar əsas səylərini işğal olunmuş sərhədlərin saxlanmasına yönəldiblər. Döyüşlər davam edir. Rusiyada gizli səfərbərlik tədbirləri davam edir. Voronej vilayətində ehtiyatda olan hərbçilər hazırlanır. Son 24 saat ərzində Donetsk və Luqansk istiqamətlərində qarşı tərəfin 8 hücumu dəf edilib. Həmçinin 5 tank, 10 zirehli döyüş maşını, 4 texnika vurulub. Hava hücumundan müdafiə bölmələri Orlan-10 PUA-larını məhv edib. Xarkov vilayətində Hücum Qoşunlarının hərbçiləri Ka-52 döyüş helikopterini vurublar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}