13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Ukrayna MN: " Müharibə 2022-ci ilin sonuna qədər davam edə bilər"
Tarix: 28-05-2022 15:09 | Bölmə: Dünya
Ukrayna MN: " Müharibə 2022-ci ilin sonuna qədər davam edə bilər"

“Ukraynada müharibənin aktiv mərhələsi 2022-ci ilin sonuna qədər davam edə bilər".

UNIAN xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

O bildirib ki, həmin vaxtadək Rusiya müəyyən qələbə görünüşü yarada bilər:

“11 sentyabr Rusiyada vahid səsvermə günüdür. Putin həmin gün Ukraynanın işğal olunmuş ərazilərində psevdoreferendum keçirə bilər. Oktyabrın 7-də isə Putinin 70 illik yubileyidir. Ola bilsin, hərbçilər ona hansısa nailiyyətləri “hədiyyə” etmək istəsinlər. Amma Putin uzunmüddətli müharibə aparmaqda qərarlıdır. O, niyyətlərindən əl çəkmir. Bu müharibə uzanacaq. Döyüşlərin aktiv fazasının nə qədər - sentyabr, oktyabr ayına və ya ilin sonunadək davam etməsi isə bizim müqavimətimizdən asılıdır”, - o söyləyib/Report.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski söyləmişdi ki, Putin Rusiyanın Ukraynaya qarşı müharibəsində baş verənlərdən xəbərsizdir. O, həmçinin fevralın 24-dən sonra ələ keçirilmiş ərazilər qaytarıldıqdan sonra qarşı tərəflə danışıqlar apara biləcəyini vurğulamışdı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər