Ukraynanın daha bir şəhəri rusların nəzarətinə keçib?
Tarix: 29-05-2022 09:56 | Bölmə: Dünya
Ukraynanın daha bir şəhəri rusların nəzarətinə keçib?

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Severodonetsk şəhərinin Rusiya Ordusunun nəzarətinə keçməsini təkzib edib.

Reyting.az
-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda Rusiya qüvvələrinin artilleriya dəstəyi ilə Severodonetsk şəhərinə hücum etdiyi, döyüşlərin davam etdiyi bildirilir.

Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday da şəhərdə Ukrayna bayrağının dalğalandığını, Rusiya hərbçilərinin yalnız “Mir” mehmanxanası ərazisinə nəzarət etdiyini açıqlayıb. S. Qayday döyüşlərin əraf kəndlərdə və Severodonetskin girişində davam getdiyini bildirib.

Qeyd edək ki, dünən Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov artıq Severodonetsk şəhərinin nəzarətə götürüldüyünü bəyan etmişdi.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}