13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Zelenski Xarkov vilayəti üzrə kəşfiyyatın rəhbərini vəzifəsindən çıxarıb
Tarix: 30-05-2022 11:01 | Bölmə: Dünya
Zelenski Xarkov vilayəti üzrə kəşfiyyatın rəhbərini vəzifəsindən çıxarıb

Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xarkov vilayəti üzrə rəhbəri Roman Dudini vəzifəsindən azad edib.

Bu barədə “RBC-Ukraina” Prezidentin müraciətinə istinadən xəbər verib.

"Hər kəs qalib gəlmək üçün çalışır və çox səmərəlidir. Təəssüf ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin yerli rəhbərliyi haqqında demək olmaz. Mən gəldim, aydınlaşdırdım, Ukrayna Təhlükəsizlik Xidmətinin regional rəisini şəxsən işdən çıxardım. Hansı motivlərə görə - bunu hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyənləşdirəcəklər”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, Roman Dudin 2020-ci ilin martında Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə rəhbəri təyin edilib. O, bu vəzifəyə Nikolay Naydıçın yerinə təyinat alıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər