NATO baş katibi: "Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək"
Tarix: 02-06-2022 23:17 | Bölmə: Dünya
NATO baş katibi: "Ukraynada müharibə danışıqlar masası arxasında bitəcək"

"Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək".

CNN xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacaq.

Stoltenberq qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

"Müharibələr öz təbiətinə görə gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq. Ukraynalılar öz ölkələrini qorumaq üçün döyüş meydanında itki verir, lakin Rusiyada da itkilər var", - alyansın baş katibi bildirib/Report.

Bundan əvvəl Ukrayna Prezidenti Volodmir Zelenski bildirib ki, Rusiya ölkənin təxminən 20%-ni işğal edib - 2 603 yaşayış məntəqəsinin azad edilməsinə ehtiyac var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}