Ukrayna Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını tələb edir
Tarix: 03-06-2022 11:29 | Bölmə: Dünya
Ukrayna Rusiyaya qarşı xüsusi tribunalın yaradılmasını tələb edir

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın başlatdığı müharibəyə görə xüsusi tribunalın yaradılmasını tələb edir.

Bu barədə qurumun savaşın 100-cü günü ilə bağlı beynləxalq ictimaiyyətə ünvanladığı müraciətdə deyilir.

“Kreml başlatdığı müharibəni dayandıranadək və cinayətlərinə görə lazımi cəzanı, o cümlədən dəymiş ziyanın ödənilməsi və hərbi cinayətkarlar üçün məhkəmə hökmləri ilə cəzalandırılmayanadək təzyiqlər artırılmalıdır. Əminik ki, Ukraynanın qələbəsi dünyada təhlükəsizlik sisteminin yenilənməsi və həm Rusiyanın, həm də beynəlxalq təcavüzün qarşısının alınması istiqamətində təkan olacaq”, - məlumatda bildirilir




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}