Qırğızıstan-Tacikistan sərhədində atışma olub, yaralılar var - Yenilənib
Tarix: 03-06-2022 14:06 | Bölmə: Dünya
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, yaralılar var

“Tacikistan Qırğızıstanla sərhəddəki münaqişə bölgəsinə ağır texnika cəmləyir”.

“RİA Novosti” xəbər verir ki, məlumatı Qırğız Respublikası Sərhəd Xidmətinin mətbuat mərkəzi yayıb.

Bildirilib ki, Qırğızıstan-Tacikistan sərhədində atışma baş verb.

Məlumata görə, Tacikistan sərhədçiləri qanunsuz olaraq Qırğızıstanın Batken vilayətinin eyniadlı rayonunun Bulakbaşı yaşayış yerinə keçdikləri aşkarlanıb. Qırğız hərbçilər Tacikistan sərhədçilərinin ərazini tərk emələri ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, buna qarşılıq olaraq Tacikistan sərhədçiləri atəş açıb. Məlumata əsasən, tacikistanlı sərhədçilər minaatanlardan istifadə ediblər.

İlkin məlumata görə, Qırğızıstan tərəfdən itki və yaralının olmadığı bildirilib/Report.

***

Qırğızıstanla Tacikistan sərhədindəki atəşma nəticəsində qırğızların iki hərbçisi yaralanıb. 


“RİA Novosti” xəbər verir ki, məlumatı Qırğız Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır, o birinin səhhəti orta ağır kimi qiymətləndirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}