Bayden: "Putin təkcə Ukraynanı işğal etmir, o, həm də..."
Tarix: 12-06-2022 18:03 | Bölmə: Dünya
Bayden: "Putin təkcə Ukraynanı işğal etmir, o, həm də..."

“Rusiya prezidenti Vladimir Putin təkcə Ukraynanı işğal etməyib. O, müstəqil Ukrayna mədəniyyətini məhv etmək istəyir, çünki onun sadəcə mövcud olmadığına inanır. Görün Putin nə edir”.

Reyting.az
Report-a istinadla xəbər verir ki bu sözləri ABŞ prezidenti Cozef Bayden deyib.

"Putin təkcə qalanları yer üzündən silmir. Onların bütün mədəniyyət ocaqlarını, muzeylərini, məktəblərini, attraksionlarını məhv edir. O, Ukrayna xalqının mədəniyyətini məhv etməyə çalışır”, - Bayden bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, kənarda qalmaq və Ukraynanı dəstəkləməmək mövqeyi qəbuledilməzdir, bu isə o deməkdir ki, Qərb iqtisadi problemlərə baxmayaraq, Ukraynaya yardımı davam etdirəcək: "Bizim dayanıb bunun baş verməsinə icazə verə biləcəyimiz ideyası sadəcə qeyri-mümkündür. Mümkün deyil. Və buna görə də biz NATO-nu gücləndirmişik, buna görə də Ukraynaya kömək edirik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}