Ruslar körpünü partladıb, əhali mühasirəyə düşüb
Tarix: 14-06-2022 00:03 | Bölmə: Dünya
Ruslar körpünü partladıb, əhali mühasirəyə düşüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Severodonetsk şəhərinə aparan sonuncu körpünü də dağıdıb.

Reyting.az
-ın məlumatına görə, regionun rəhbəri Sergey Qayday deyib ki, şəhərdə mülki vətəndaşlar “tələyə” düşüb, hazırda humanitar yardımların çatdırılması qeyri-mümkündür.

S. Qayday bildirib ki, avtomobillə şəhərə daxil olmaq, şəhərə nə isə çatdırmaq və evakuasiya mümkün deyil.

O, Rusiyanın şəhərə tam nəzarəti ələ keçirmədiyini, şəhərin bir hissəsinin Ukraynanın nəzarətində olduğunu, lakin humanitar yüklərin daşınmasının mümkünsüzlüyünü diqqətə çatdırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}