Rusiya ordusu Ukraynada 32 mindən çox canlı qüvvə itirib
Tarix: 14-06-2022 11:03 | Bölmə: Dünya
Rusiya ordusu Ukraynada 32 mindən çox canlı qüvvə itirib

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Reyting.az
-ın məlumatına görə, Ukrayna Müdafiə Nazirliyi bildirib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya ordusunun 1434 tankı, 3503 zirehli döyüş maşını, 721 artilleriya sistemi, 229 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 213 hərbi təyyarəsi, 179 helikopteri, 2473 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 588 dronu, 54 xüsusi avadanlığı, 125 qanadlı raketi məhv edilib.

Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 32 500-ə qədər canlı qüvvə itirdiyini bəyan edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}