Rusiya 49 britaniyalıya sanksiya tətbiq edib, aralarında jurnalistlər də var
Tarix: 14-06-2022 19:58 | Bölmə: Dünya
Rusiya 49 britaniyalıya sanksiya tətbiq edib, aralarında jurnalistlər də var

Rusiya Böyük Britaniya hökumətinin aparıcı jurnalistləri və daxili müdafiə kompleksi şirkətlərinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Belə ki, Böyük Britaniyanın bir sıra kütləvi informasiya vasitələrinin, habelə silahlı qüvvələrin komandanlığının, hərbi sənaye kompleksinin ümumilikdə 49 nümayəndəsi “stop siyahısı”na daxil edilib.

Siyahıya daxil olan britaniyalı jurnalistlərin Rusiya, Ukrayna və Donbass hadisələri haqqında qəsdən yalan və birtərəfli məlumatların yayılmasında iştirakı iddia edilir.

Böyük Britaniyanın müdafiə kompleksi ilə əlaqəli şəxslər isə Ukraynada mülki əhalinin öldürülməsi və infrastrukturun məhv edilməsi üçün istifadə olunan silahların tədarükü ilə bağlı qərarların qəbulunda iştirakda təqsirli sayılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}