13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Gürcüstan prezidenti hökuməti fəaliyyətsizlikdə ittiham edib
Tarix: 14-06-2022 22:45 | Bölmə: Dünya
Gürcüstan prezidenti hökuməti fəaliyyətsizlikdə ittiham edib

“Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə radikal müxalifətin davamlı işi, hökumətin susqunluğu və fəaliyyətsizliyinin nəticəsidir”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Avropa Parlementində təmsil olunan partiyalarla lazımı iş aparılmayıb: “Qətnamə ehtimal ki, yalnız qıcıq ifadəsidir və buna görə də cəmiyyətdə çaşqınlıq yaratmaq olmaz. Avropa əleyhinə bəyanatların səsləndirilməsi səhlənkarlıqların ört-basdır edilməsinə cəhddir”.

S. Zurabişvili həmçinin qeyd edib ki, Gürcüstan “Assosiasiyalı trio” ölkələri (Gürcüstan, Ukrayna və Moldova – red.) arasında liderlikdən sonuncu yerə enib: “Bizim təşəbbüsümüzlə ötən ilin iyulun 19-da Batumidə trionun imzaladığı qətnamə ən mühüm mərhələlərdən biridir. O zaman Gürcüstanın lider olduğu aydın idi. Lakin bir il sonra Gürcüstan qabaqcıl mövqedən sonuncu yerə düşüb”.

Xatırladaq ki, iyunun 9-da Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamədə medianın vəziyyətinin pisləşməsi, jurnalistlərə qarşı hədə-qorxulardan, zorakılıq və təqib hallarından narahatlıq ifadə olunub. Sənəddə həmçinin hakim “Gürcü Arzusu” Partiyasının təsisçisi, ölkənin keçmiş baş naziri (2012-2013) Bidzina İvanişviliyə sanksiyaların tətbiqinə çağırış da yer alıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər