Yuşşenko: “Bakı Forumunun panellərindən biri gənclərə həsr olunacaq”
Tarix: 15-06-2022 17:45 | Bölmə: Dünya
Yuşşenko: “Bakı Forumunun panellərindən biri gənclərə həsr olunacaq”

“Bakı Qlobal Forumu gənclərin müasir qlobal çağırışlarla bağlı fikirlərini eşitməyə imkan verəcək”.

Bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun həyat yoldaşı Katerina Yuşşenko IX Qlobal Bakı Forumunun başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, forumun panellərindən biri gənclərə həsr olunacaq. Burada Azərbaycan, ABŞ, Xorvatiya, Bosniya və Herseqovina, Latviya, Ukrayna, Banqladeş, Bolqarıstan və digər ölkələrdən gənclər iştirak edəcək.

“Belə tədbirlərin keçirilməsində məqsəd yeni nəslin nə düşündüyünü öyrənmək, gənc liderlərin nəzər-nöqtəsi, onların iqtisadiyyat, milli təhlükəsizlik, ətraf mühit, insan hüquqları ilə bağlı fikirləri ilə tanış olmaqdır”, - K. Yuşşenko bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}