Zurabişvili: “Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır"
Tarix: 16-06-2022 11:42 | Bölmə: Dünya
Zurabişvili: “Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır"

“Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün kontorlarını müəyyən etməlidirlər”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

O bildirib ki, sabah Gürcüstanda qadınların beynəlxalq konfransı da baş tutacaq: "Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik. Mən bu foruma ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edirəm və forumun fəaliyyətində uğurlar arzulayıram”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}