Dörd ölkənin lideri Ukraynada səfərdədir - Yenilənib
Tarix: 16-06-2022 15:02 | Bölmə: Dünya
Dörd ölkənin lideri Ukraynada səfərdədir

Almaniyanın kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukraynaya səfər ediblər.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, Avropa liderləri artıq Ukrayna ərazisindədirlər.

Məlumata görə, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra liderlər İrpen şəhərinə səfər edəcəklər.

Qeyd olunur ki, Emmanuel Makron Kiyevdə ilk bəyanatla çıxış edib. O, Avropa İttifaqının Ukrayna xalqı ilə tam həmrəy olduğunu vurğulayıb: “Biz Avropa İttifaqının dəstək ismarışını da gətirmişik. Bu, çox vacib məqamdır. Ukrayna prezidenti Volodimir Zelenski bütün ukraynalılara Avropanın dəstək ismarışını alacaq”.

Bildirilib ki, iyunun 16-da yerli vaxtla saat 14.00-da Emmanuel Makron, Olaf Şolts və Mario Draqi səfərin yekunu ilə bağlı mətbuat konfransı keçirəcəklər.

***

Bu gün Rumıniya prezidenti Klaus İohannis də Ukrayna paytaxtına səfər edən Fransa, Almaniya və İtaliya liderlərinə qoşulmaq üçün Kiyevə gəlir.

Bu barədə Rumıniya prezidenti “Tvitter” hesabında yazıb.

“Bild”in məlumatına görə, Yohannesi liderlərə qoşulmağa Fransa prezidenti Emmanuel Makron dəvət edib.

Klaus İohannis Buxarestdən Kiyevə təkbaşına gedib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi arasında görüş başlayıb.

Reyting.az
xəbər verir ki, məlumatı UNIAN yayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}