13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Tokayev: "Latın qrafikasına keçmək son dərəcə vacibdir”
Tarix: 16-06-2022 18:49 | Bölmə: Dünya
Tokayev: "Latın qrafikasına keçmək son dərəcə vacibdir”

“Latın qrafikasına keçmək son dərəcə vacibdir”.

Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ulıtauda keçirilən Birinci Xalq qurultayındakı çıxışında bildirib.

“İctimaiyyətin bəzi nümayəndələri kirill əlifbasından hələ də xilas ola bilməməyimizdən narahatdır. Bu, hər şeydən əvvəl çox mürəkkəb linqivistik məsələdir. Bunu yaxşı başa düşmək lazımdır. Biz iki dəfə latın qrafikasına keçməyə cəhd etmişik, ancaq alınmayıb. Ona görə də bu məsələni hərtərəfli, dərin təhlil edib yekun qərar qəbul etmək lazımdır”.

O, qazax dilinin orfoqrafiyasının öyrənilməsinin vacibliyini də vurğulayaraq deyib: “Başlıca məsələ vətəndaşlarımızın, xüsusilə gənclərimizin sözləri qazax dilində düzgün yazmağı öyrənməsidir. Daha doğrusu, dilimizdə sözlərin düzgün yazılmasına yenidən nəzər yetirməliyik”.

Prezident uyğun instituta qazax dilinin yeni orfoqrafiyasını yazmağı tapşırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər