14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Gürcüstanın Baş naziri Ermənistana gedib - Yenilənib
Tarix: 18-06-2022 18:12 | Bölmə: Dünya
Gürcüstanın Baş naziri Ermənistana gedib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət üzvləri ilə birgə Ermənistana işgüzar səfər edib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, birgünlük səfər Ermənistanın Baş naziri Nikol Paşinyanın dəvəti əsasında baş tutub.

İ.Qaribaşvili İrəvana səfərdən sonra iyunun 20-21-də Qətərə yola düşəcək. O, Qətər İqtisadi Forumunun panel müzakirəsinə qatılacaq.

İyunun 28-30-da isə hökumət başçısı NATO-nun Madrid sammitində iştirak edəcək.

***

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İrəvana işgüzar səfər çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşüşb.

Məlumata görə, tərəflər iki ölkə arasında cari siyasi və iqtisadi münasibətləri müzakirə ediblər.

Görüşdə Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi, nəqliyyat-loqistika və mədəni sahələrdə məhsuldar əməkdaşlığın olduğu vurğulanıb.

Hökumət başçıları söhbət zamanı regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə də diqqət çəkiblər.

Tərəflər həmçinin iki ölkə arasında gələcək əməkdaşlığa, mövcud sıx və dostluq əlaqələrinin dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}