12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Moldova prezidenti Kiyevdə: "Bu, ağlasığmaz faciədir" - Yenilənib
Tarix: 27-06-2022 14:40 | Bölmə: Dünya
Moldova prezidenti Kiyevdə: "Bu, ağlasığmaz faciədir"

Moldova prezidenti Maya Sandu Ukraynanın paytaxtı Kiyevdə işgüzar səfərdədir.

Reyting.az
xəbər verir ki, bu barədə Moldova Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Moldovanın dövlət başçısı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək. Eyni zamanda M.Sandu ölkənin Borodyanka, Buça və İrpen şəhərlərini ziyarət edəcək.

***

Moldova prezidenti Maya Sandu Ukraynada dəhşətli qətllər törədilən Borodianka, Buça və İrpinə baş çəkib.

Reyting.az
xəbər verir ki, bu barədə o, "Tvitter"dəki səhifəsində paylaşım edib: "Bu gün Ukraynadayam. Borodianka, Buça və İrpin şəhərlərində oldum. Gördüyüm zorakılıq və dağıntının miqyasına görə nitqim tutuldu. Bu, ağlasığmaz faciədir və biz cəsur fədakar Ukrayna xalqına sülh, azadlıq, firavanlıq və öz seçdikləri həyat arzulayırıq".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər