13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
FTX-dən əməliyyat: İstanbulda terrora yardım edən Rusiya vətəndaşı tutulub
Tarix: 27-06-2022 17:30 | Bölmə: Dünya
FTX-dən əməliyyat: İstanbulda terrora yardım edən Rusiya vətəndaşı tutulub

İŞİD terror təşkilatına pul köçürən, o cümlədən İstanbuldakı gecə klubunda qırxa yaxın insanın ölümü ilə nəticələnən terror aktını maliyyələşdirən Rusiya vətəndaşı həbs edilib.

Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsi tərəfindən terrorçuluq fəaliyyətinin təbliği maddəsi ilə açılmış cinayət işi çərçivəsində İŞİD üzvü olan Rusiya vətəndaşı Əbdürrəhman Əbdürrəhmanov saxlanılıb.

Saxlanılan şəxsdən bank kartları, mobil telefonlar, ödənişlərin məsafədən idarə olunması üçün istifadə olunan fərdi kompüterlər, habelə dini təbliğat xarakterli ədəbiyyat aşkar edilərək götürülüb.

Bildirilib ki, Əbdürrəhman Əbdürrəhmanov həbs edilib/Report.

Qeyd edək ki, 2017-ci ilin yeni il gecəsində - yanvarın 1-də Türkiyənin İstanbul şəhərindəki “Reyna” gecə klubuna silahlı hücum edilib. Terror aktı nəticəsində 39 nəfər həlak olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər