13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Yunanıstan NATO-nun toplantısına Türkiyəyə qarşı dosyesi ilə gedir
Tarix: 28-06-2022 19:16 | Bölmə: Dünya
Yunanıstan NATO-nun toplantısına Türkiyəyə qarşı dosyesi ilə gedir

Türkiyə və Yunanıstan arasında gərginlik səngimir. Egey, Şərqi Aralıq dənizi və Kiprdə yay fəslinin siyasi baxımdan gərgin keçəcəyini iddia edən yunan mediası Afinanın NATO zirvəsi üçün planlarını açıqlayıb.

Reyting.az
xəbər verir ki, kritik NATO Zirvəsi öncəsi Yunanıstanda gündəm yenə Türkiyədir. Rəsmi Afina günlərdir ki, İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitə hazırlaşır. Ötən həftə ölkə mətbuatının əsas yazıları baş nazir Miçotakisin Türkiyəyə qarşı atacağı addımlar haqqında olub. Bugünkü xəbərlər isə Afinanın narahatlığını ortaya çıxarıb.

“Ta Nea” qəzetinin yazdığına görə, Yunanıstan rəhbərliyi Türkiyənin NATO-da gündəmə gətirəcəyi mövzuları sammitə qatılmazdan əvvəl müəyyən edib və onlara cavablar hazırlayıb.

Xəbərdə Afinanın Egey adalarının tərki-silah məsələsinin gündəmə gətirilməsinə diqqət yetirildiyi bildirilib. Eyni xəbərdə, “Türkiyənin bütün iddialarının təkzib ediləcəyi tam bir dosyefayl hazırlanıb”,- ifadəsi də yer alıb.



Dosyedə türk təyyarələrinin Egeydəki Yunan adaları və Aleksandrupoli üzərində uçuşlarına dair bütün məlumatların yer alacağını iddia edən qəzet, Afinanın NATO-ya daxil olmayan Egey ordusunu da gündəmə gətirə biləcəyini yazıb.

Qəzet İspaniya kralının NATO ittifaqı liderlərinə verəcəyi şam yeməyində prezident Ərdoğanla Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin eyni masa arxasında olacağı məlumatını da vurğulayıb.

Xatırladaq ki, Yunanıstanın baş naziri Miçotakisin ABŞ-da verdiyi bəyanatdan sonra Türkiyə ilə Yunanıstan arasında münasibətlər daha da gərginləşib.

Mitsotakis adını açıqlamadan Türkiyəyə işarə edərək deyib: “Yunanıstan qonşularına dostluq əlini uzadır. Bununla belə, suverenliyimizin, suveren hüquqlarımızın pozulmasına və Yunanıstan adaları üzərindən həddindən artıq uçuşlara dözməyəcəyik və bu, dərhal dayandırılmalıdır”.

Miçotakis bu sözlərlə dolaysı ilə “F-16” təyyarələrinin Türkiyəyə satışına icazə verməməyi tələb edib.

Yunanıstanın baş naziri əlavə edib: “Konqres üzvlərindən xahiş edirəm, ellinizmin 48 ildir çox çəkdiyi və hələ də sağalmayan yaranı unutmayasınız. Mən Kiprə hücumu və adanın zorakılıqla parçalanmasını nəzərdə tuturam”. Onun “Kiprdə iki ayrı dövləti heç kim heç vaxt qəbul etməyəcək”,- sözləri ayaqda alqışlarla qarşılanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər