13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Baş katib: "Yen konsepsiyada Rusiya təhdid mənbəyi sayılacaq"
Tarix: 29-06-2022 11:45 | Bölmə: Dünya
Baş katib: "Yen konsepsiyada Rusiya təhdid mənbəyi sayılacaq"

“NATO sammitində Rusiya Alyans üçün birbaşa təhdid sayılacaq və bu, NATO-nun gələcəyini qurmaq üçün plana çevriləcək, yeni Strateji Konsepsiya qəbul ediləcək”.

TASS xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 29-da sammitə gedərkən bildirib.

“Biz ittifaqımız üçün yeni Strateji Konsepsiya qəbul edəcəyik. Bu, Alyansı gələcəkdə rəqabətli və təhlükəsiz dünyaya aparmaq, onun bir milyard vətəndaşının təhlükəsizliyini təmin etmək planına çevriləcək. Əvvəlki Strateji Konsepsiya 2010-cu ildə qəbul edilib. Orada Rusiya strateji tərəfdaş kimi qeyd olunub. Yeni Strateji Konsepsiyada Alyansın təhlükəsizliyinə əsas təhdid kimi Rusiyanın adı çəkiləcək”, - o vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər