13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Britaniya XİN rəhbəri: “Sülh yalnız Rusiya məğlub olduğu halda mümkündür”
Tarix: 29-06-2022 12:48 | Bölmə: Dünya
Britaniya XİN rəhbəri: “Sülh yalnız Rusiya məğlub olduğu halda mümkündür”

Avropada uzunmüddətli sülh yalnız Rusiya Ukraynada məğlub olduğu halda mümkündür, indi danışıqların vaxtı deyil.

Bunu Madriddə keçirilən NATO Sammitində çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

“Rusiyanın Ukraynada məğlubiyyətinə nail olmaq öhdəliyimiz var. Biz bunu Avropanın təhlükəsizliyi, azadlığı və demokratiyası naminə etməliyik.”, - XİN rəhbəri qeyd edib.

Liz Trassın sözlərinə görə, bu, Avropada uzunmüddətli sülhə nail olmağın yeganə yoludur:

“Bəziləri Rusiyanın hələ də Ukrayna ərazisində olduğu bir müddətdə danışıqların mümkünlüyündən danışır. Amma düşünürəm ki, bu, yalançı sülh gətirər”.

O, bir daha vurğulayıb ki, əvvəlcə Rusiya məğlub edilməli, sonra danışıqlar aparılmalıdır.

Liz Tras əlavə edib ki, Qərb ölkələri regionda uzunmüddətli sülhü təmin etmək üçün Minsk razılaşmalarının uğursuzluğu kimi keçmiş təcrübədən dərs almalıdır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər