13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Politoloq: "Rusiya tərəfdən iki ölkənin NATO-ya daxil olması istiqamətində sürətli addım atılmayacaq"
Tarix: 29-06-2022 16:26 | Bölmə: Dünya
Politoloq: "Rusiya tərəfdən iki ölkənin NATO-ya daxil olması istiqamətində sürətli addım atılmayacaq"

“Finlandiya və İsveçin NATO-ya tam üzvlüyü ilə bağlı qərar ratifikasiya prosedurundan keçməlidir”.

Məlumata görə, bunu hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Rusiya tərəfdən heç bir sürətli addım atılmayacaq. İstənilən halda Rusiyanın təhlükəsizliyinə təhdid baxımından təhlillər aparılacaq və bu təhdidlərin neytrallaşdırılması üçün tədbirlər hazırlanacaq”, - politoloq bildirib.

İ.Korotçenko vurğulayıb ki, Rusiya NATO-nun yeni konsepsiyasının qəbulunu gözləyir: “Biz NATO-nun Rusiyanın düşmən kimi göstəriləcəyi yeni strateji konsepsiyasının qəbulunu gözləyirik. Daha sonra Baltikyanı ölkələrdə və Polşada NATO qüvvələrinin gücləndirilməsi istiqamətində tədbirlər görüləcək”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər