12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını qəbul edib
Tarix: 29-06-2022 22:08 | Bölmə: Dünya
Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını qəbul edib

Avropa İnsan Hüquqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasını baxılmaq üçün qəbul edib.

UNİAN- xəbər verir ki, iyunun 23-də Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib ki, onun rəhbərlik etdiyi idarə Rusiyaya qarşı yeni iddia qaldırıb.

İddiaya əsasən, Ukrayna Rusiya hakimiyyətini suveren əraziyə qanunsuz müdaxilə ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyasını pozmaqda ittiham edir.

Sənəd müharibənin ilkin mərhələsində Rusiyanın insan hüquqlarını kobud şəkildə pozmasından bəhs edir.

İddia Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasından əlavə, zərər çəkmiş tərəflərə pul kompensasiyası verilməsini tələb edir.

Məlumata görə, Rusiya hərbi işğalının birinci mərhələsində itkilər azı 80 milyard ABŞ dolları təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər