12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Nazir: "İndiyədək 2 mindən çox ukraynalı uşaq məcburi şəkildə Rusiyaya aparılıb"
Tarix: 30-06-2022 15:59 | Bölmə: Dünya
Nazir: "İndiyədək 2 mindən çox ukraynalı uşaq məcburi şəkildə Rusiyaya aparılıb"

"İndiyədək 2 mindən çox ukraynalı uşaq məcburi şəkildə Rusiyaya aparılıb".

Bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiya naziri İrina Vereşuk deyib.

“İndi bizdə məlumat var ki, uşaqlarımızın iki mindən çoxu qeyri-qanuni olaraq Rusiyaya aparılıb. Lakin biz hələ bütün uşaqlar haqqında məlumatları toplamamışıq və dəqiqləşdirməmişik”, - o söyləyib.

Vereşuk, həmçinin əlavə edib ki, hakimiyyət uşaqların qohumları və dostlarının müraciətləri ilə ciddi məşğul olur:

“Beləliklə, indiyə kimi 44 uşağın geri qaytarılmasına nail olmuşuq”.

O xatırladıb ki, daha əvvəl Ukrayna Ali Radası oğurlanmış ukraynalı uşaqların rus ailələrinə övladlığa götürülməsinin yolverilməzliyi ilə bağlı BMT-yə müraciət edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər