12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Avropa Komissiyasının rəhbəri: “Ukraynanın Aİ-yə daxil olması üçün gərgin iş aparılmalıdır”
Tarix: 01-07-2022 13:51 | Bölmə: Dünya
Avropa Komissiyasının rəhbəri: “Ukraynanın Aİ-yə daxil olması üçün gərgin iş aparılmalıdır”

“Ukraynanın çox dəqiq Avropa perspektivi var, amma Avropa İttifaqına (Aİ) üzvlük xeyli vaxt və gərgin iş tələb edir”.

“RBC-Ukraine” agentliyi xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Ali Radasında video formatında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa nə qədər lazımdırsa, hər addımında Ukraynanın yanında olacaq və bir sıra mühüm islahatları mümkün qədər tez həyata keçirmək lazımdır.

Ursula fon der Lyayen deyib ki, Aİ-yə üzvlük üçün növbəti addımlar əlçatmaz deyil: "Bura KİV haqqında qanunun qəbul edilməsi, oliqarxların təsirinin azaldılmasına yönəlmiş yeni qanunların tətbiqi və korruspiya ilə mübarizə üzrə yüksək vəzifəli şəxslərin təyin edilməsi daxildir"/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər