18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Çavuşoğlu: "Türkiyənin Rusiya ilə bir çox məsələlərdə fikirləri üst-üstə düşür"
Tarix: 04-07-2022 11:51 | Bölmə: Dünya
Çavuşoğlu: "Türkiyənin Rusiya ilə bir çox məsələlərdə fikirləri üst-üstə düşür"

“NATO sammitindən bir neçə gün əvvəl Finlandiya və İsveç tələblərimizi qəbul etdi. Amma bəzi məsələlərdə fikir ayırılıqları var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

“Madriddə müzakirələr davam etdi. Prezidentimiz Türkiyənin qırmızı xətlərini açıqladı. PKK NATO-nun terror siyahısındadır. İlk dəfə olaraq, YPG/PYD də NATO sənədlərinə düşdü. Finlandiya və İsveç NATO-ya üzvlük məsələsində Türkiyənin milli təhlükəsizliklə bağlı narahatlığına hörmət etməlidir”, - o söyləyib/Report.

Reyting.az-ın məlumatına görə, Rusiya -Ukrayna savaşına toxunan nazir deyib ki, Türkiyənin Rusiya ilə bir çox məsələlərdə fikirləri üst-üstə düşür: "Amma fərqli mövqelərdə olduğumuz mövzular da var. Məsələn, biz Krımın qeyri-qanuni ilhaqını tanımırıq. Bir-birimizin atdığı addımlardan bəzən məmnun olmaya bilmirik. Türkiyə həmişə NATO-nun genişlənməsini dəstəkləyib. İsveç və Finlandiyanın üzvlüyünə öz maraqlarımız konteksindən baxırıq. Hələ ki, bizə Rusiyanın narazılığı çatmayıb”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}