21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Gürcüstan ombudsmanı Rusiyameylli partiyanın ləğvi ilə bağlı konstitusiya iddiası hazırlayıb
Tarix: 05-07-2022 16:26 | Bölmə: Dünya
Gürcüstan ombudsmanı Rusiyameylli partiyanın ləğvi ilə bağlı konstitusiya iddiası hazırlayıb

Gürcüstan ombudsmanı Nino Lomcariya ölkədə fəaliyyət göstərən Rusiyameylli “Mühafizəkar hərəkat” partiyasının ləğvini tələb edir.

Məlumata görə, xalq müdafiəçisi bununla bağlı konstitusiya iddiası hazırlayıb.

Ombudsman Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ olmadığından iddianın qaldırılmasını bu hüquqa malik səlahiyyətli subyektlərə təklif etmək niyyətindədir.

N.Lomcariya məhkəmənin iddia ilə bağlı işə baxacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Gürcüstan ictimaiyyəti “Mühafizəkar hərəkat” partiyasının fəaliyyətinə qarşı etirazlara başlayıb. Bu səbəbdən siyasi təşkialtın ölkə üzrə bir neçə ofisi bağlanmağa məcbur olub.

Təsisçisi “Alt-İnfo” onlayn media resursu olan “Mühafizəkar hərəkat” partiyası ötən ilin dekabrında dövlət qeydiyyatına alınıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər