18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Britaniyada iki nazir istefa verib
Tarix: 05-07-2022 22:34 | Bölmə: Dünya
Britaniyada iki nazir istefa verib

Böyük Britaniyanın səhiyyə və maliyyə nazirləri - Sacid Cavid və Rişi Sunak istefa veriblər.

Reyting.az
-ın xəbərinə görə, bu barədə nazirlər sosial media hesablarında bildiriblər.

S. Cavid "Twitter"də paylaşdığı məlumatda qeyd edib ki, artıq öz vəzifəsini vicdanla davam etdirə bilməyəcək və İngiltərənin Baş naziri Boris Consona etibar etmədiyi üçün vəzifəsindən istefa verir.

R. Sunak isə bildirib ki, xalq haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi idarə olunmasını gözləyir: “Mən başa düşürəm ki, bu, mənim sonuncu nazir postum ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm".




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}