21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Latviyada qadınları hərbi xidmətə çağıra bilərlər
Tarix: 12-07-2022 08:13 | Bölmə: Dünya
Latviyada qadınları hərbi xidmətə çağıra bilərlər

Latviya müdafiə xərclərini artıra bilər, çünki planlaşdırılan 2,5 faiz kifayət etməyə bilər.

“Report” xəbər verir ki, bunu ölkə prezidenti Eqils Levits deyib.

“Bu gün təhlükəsizlik bizim siyasətimizin prioritetidir. ÜDM-in 2,5 faizi artıq ayrılıb, lakin bu, kifayət etməyə bilər və biz buna hazır olmalıyıq”, - E. Levits bildirib.

Bundan əlavə, prezident hərbi xidmətə çağırışın bütün ölkə vətəndaşlarına, o cümlədən qadınlara şamil edilməsini təklif edib:

“Düşünürəm ki, bu məsələdə bərabərlik olmalıdır, mən cinsindən asılı olmayaraq, müəyyən yaşda olan bütün Latviya vətəndaşları üçün hərbi xidmətin tətbiqi ideyasını dəstəkləyirəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər