12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Rusiyada COVID-19-a yoluxanların sayı kəskin artıb
Tarix: 17-07-2022 14:32 | Bölmə: Dünya
Rusiyada COVID-19-a yoluxanların sayı kəskin artıb

Rusiyada bu həftə koronavirusa yoluxanların sayı keçən həftə ilə müqayisədə 25% çoxdur.

TASS xəbər verir ki, iyulun 11-dən iyulun 17-dək ölkədə 28 085 yoluxma (bu, mayın sonundan bəri maksimumdur), iyulun 4-dən iyulun 10-dək isə 22 452-yə yoluxma qeydə alınıb. Rusiyada infeksiyaya yoluxma artıq üçüncü həftədir artmaqdadır və bazar günü yoluxma nisbəti 1,34-ə çatıb. Bu da fevralın əvvəlindən bəri ən yüksək göstəricidir.

İkinci həftədir ki, xəstəxanaya yerləşdirilən xəstələrin sayı da artır. Operativ Qərargahın məlumatına görə, son 7 gündə əvvəlki analoji dövrdəki 7629 nəfərə qarşı (4,9% artım) 8003 nəfər xəstəxanaya yerləşdirilib.

Bu həftə 20 249 nəfər sağalıb ki, bu da keçən həftədən 3% azdır. Rusiyada COVID-19-dan ölüm hallarının artmasına baxmayaraq, azalmaqda davam edir. İyulun 11-dən İyulun 17-dək qərargah 298 ölüm faktını qeydə alıb ki, bu da 2020-ci ilin aprel ayı ilə təxminən eynidir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}