Ərdoğan Rəisi ilə brifinqdə: "Ticarət dövriyyəmizı 30 milyard dollara yetişdirəcəyik"
Tarix: 19-07-2022 15:23 | Bölmə: Dünya
Ərdoğan Rəisi ilə brifinqdə: "Ticarət dövriyyəmizı 30 milyard dollara yetişdirəcəyik"

"İran rəsmiləri ilə hərbi, siyasi və regional məsələləri müzakirə etdik".

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, biz 30 milyard dollarlıq hədəfimizə çata bilmədik: "Buna pandemiya mane oldu. Hazırda ticarət dövriyyəmiz 7,5 milyard dollar olub. Biz 30 milyard dollara yetişəcəyik. Müdafiə sənayesində bu hədəfə çatmaq mümkündür. Neft və təbii qaz sahəsində atacağımız addımlarla da bu hədəfə yetişmək mümkündür”.

Türkiyə lideri bölgədə PKK terroruna da diqqəti çəkib və deyib ki, terrorçular artıq hər iki dövlət - həm Türkiyə, həm də İran üçün problemə çevrilib: “Terrorla mübarizə bizim üçün çox vacibdir. Bunları artıq NATO sənədlərinə də daxil etmişik. Terrorçular hansı ölkədə olursa-olsunlar, o ölkədə sabitliyə, hüzura mane olurlar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}