12:57 / 13-05-2024
Sabah yağış yağacaq
Ukrayna MN: “Ukrayna Rusiyanın Qara dəniz donanmasını məhv etməyə hazırlaşacaq”
Tarix: 19-07-2022 15:44 | Bölmə: Dünya
Ukrayna MN: “Ukrayna Rusiyanın Qara dəniz donanmasını məhv etməyə hazırlaşacaq”

“Qərb müttəfiqlərindən kifayət qədər silah aldıqdan sonra Ukrayna Rusiyanın Qara dəniz donanmasını məhv etməyə hazırlaşacaq”.

Bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov “The Times”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri hazırda gəmi əleyhinə raketlərini hazırlayır və başqa ölkələrdən ilk növbədə hücuma başlamaq üçün uzaqmənzilli hədəfi vura biləcək silah gözləyir: “Rusiya öz təcavüzkar hərəkətlərinin əvəzini ödəməlidir. Biz gəmi əleyhinə vasitə alırıq. Gec-tez biz onların donanmasını hədəfə alacağıq. Bu, qaçılmazdır. Çünki biz xalqımızın təhlükəsizliyini təmin etməliyik. Biz belə imkan əldə edəndən sonra onlara qarşı Qara dəniz boyunca hücum etməyə hazırıq. Rusiya dövlət olaraq mövcudluğunu saxlamaq istəyirsə, gərək işğal etdiyi Krımdan çıxsın”.

Qeyd edək ki, Vladimir Qavrilov ukraynalı hərbçilərin hazırlığını izləmək üçün Böyük Britaniyadadır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}