21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Türkiyə XİN: "NATO daxilində kağız üzərində müttəfiqlərimiz çoxdur”
Tarix: 11-10-2022 13:36 | Bölmə: Dünya
Türkiyə XİN: "NATO daxilində kağız üzərində müttəfiqlərimiz çoxdur”

"Yunanıstan Avropa İtifaqına güvənir".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Yunanıstan indi də Türkiyənin regional və beynəlxalq faktor olmasına görə narahatdır: "Yunanıstan hakimiyyəti xalqını aldadır. Yunanıstan bizi təhrik etməyə başladı ki, adekvat cavablardan sonra Türkiyəyə qarşı sanksiyaları başlatsın. Rəsmi Afina Avropa İtifaqına güvənir. Amma bunun heç bir nəticəsi olmayacaq”.

M.Çavuşoğlu bildirib ki, Yunanıstan sülh üçün imzaladığı razılaşmaları pozur: “Afina adalara silah daşımamalıdır. Bizim kimsənin suverenliyində gözümüz yoxdur”/Report.

Nazir daha sonra İsveç və Finlandiya ilə münasibətlərdən danışıb.

O deyib ki, hər iki ölkə ilə təmaslar davam edir: "Amma hələ ciddi nəticə yoxdur. Düzdür, İsveçin Türkiyəyə qarşı silah sanksiyası aradan qaldırılıb, ancaq hələ də terrorçular dəstəklənir. Biz sözdə yox, həqiqətən, müttəfiq axtarırıq. Onsuz da NATO daxilində kağız üzərində müttəfiqlərimiz çoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər