21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
BMT: "Rusiya beynəlxalq humanitar hüququ pozub"
Tarix: 11-10-2022 15:26 | Bölmə: Dünya
BMT: "Rusiya beynəlxalq humanitar hüququ pozub"

“Rusiya dünən, oktyabrın 10-da Ukraynanın mühüm mülki infrastrukturuna zərbələr endirməklə beynəlxalq humanitar hüququn prinsiplərini pozub”.

“Röyters” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani deyib.

O, mülki infrastruktura yönəlmiş reket zərbələrindən narahat olduğunu söyləyib: “Bu zərbələr müharibə prinsiplərinin pozulması deməkdir”.

R.Şamdasani həmçinin Rusiyanı eskalasiyadan çəkinməyə çağırıb və mülki infrastrukturun zədələnməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və 12 vilayəti raket atəşinə tutub. Nəticədə 19 nəfər ölüb, 105 nəfər yaralanıb.

Rusiya raketləri Kiyevlə yanaşı, ölkənin 12 vilayətində mühüm obyektlərə və mülki infrastruktura düşüb. Nəticədə 30-dan çox yanğın baş verib. Kiyev, Lvov, Sumı, Ternopil və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib.

Hücum zamanı 70-ə yaxın obyektə ziyan dəyib, 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.

Rusiyanın raket hücumları dünyada böyük etirazlara səbəb olub. Bir çox dövlət başçıları və beynəlxalq qurumların rəhbərləri Kremlə qarşı təzyiqlərin artıracaqlarını bildiriblər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər