Ukrayna XİN beynəlxalq aləmdən yeni silahlar istəyir
Tarix: 11-10-2022 16:41 | Bölmə: Dünya
Ukrayna XİN beynəlxalq aləmdən yeni silahlar istəyir

Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətə müraciət edib.

Bu barədə XİN sözçüsü Oleq Nikolenko tviterdə paylaşım edib.

O bildirib ki, bugünkü hücumlar zamanı Kiyevdəki 2 diplomatik bina hədəf alınıb: “Həmin binalara ziyan dəyib. Diplomatların həyatı təhlükəyə atılıb. Bu, müharibə cinayətidir”.

O.Nikolenko beynəlxalq ictimaiyyəti dinc sakinləri qorumaq üçün Ukraynanı müasir raketdən müdafiə sistemləri ilə təmin etməyə çağırıb.




Bölməyə aid digər xəbərlər