ABŞ Yunanıstandakı hərbi mövcudluğunu artırmaq istəyir
Tarix: 12-10-2022 08:54 | Bölmə: Dünya
ABŞ Yunanıstandakı hərbi mövcudluğunu artırmaq istəyir

ABŞ müdafiə nazirinin müavini Saşa Beyker Yunanıstan milli müdafiə nazirinin müavini Nikolaos Hardalias ilə ABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunun genişləndirilməsi perspektivlərini müzakirə edib.

Reyting.az
xəbər verir ki, bu barədə Pentagonun məlumatına deyilir.

Qeyd olunub ki, tərəflər NATO alyansına dəstəyi gücləndirmək üçün Souda körfəzində, Yunanıstanın digər ərazilərində, xüsusilə Şərqi Aralıq dənizi, Balkanlar, Qara dəniz və təşkilatın cənub cinahında ABŞ-ın hərbi mövcudluğunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Beyker Yunanıstana Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib və regionda gərginliyin azaldılması üçün Yunanıstan-Türkiyə dialoqunun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.(Report)




Bölməyə aid digər xəbərlər