Ərdoğan: "Azərbaycan, Türkiyə və Qazaxıstanın daxil olduğu platformadan ciddi nəticələr gözləyirik"
Tarix: 12-10-2022 16:59 | Bölmə: Dünya
Ərdoğan: "Azərbaycan, Türkiyə və Qazaxıstanın daxil olduğu platformadan ciddi nəticələr gözləyirik"

"Qazaxıstanın suverenliyini dəstəkləməyə davam edəcəyik".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə birgə regional və beynəlxalq məsələləri müzakirə etdiyini açıqlayıb: "Qazaxıstanın müstəqillik əldə etməsindən 30 il keçib. Biz Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkələrdənik. Qazaxıstanda olmaqdan şadam"/Report

Türkiyə prezidenti bildirib ki, "Azərbaycan, Türkiyə və Qazaxıstanın daxil olduğu üçtərəfli platformadan ciddi nəticələr gözləyirik: "Müzakirələrimiz zamanı həm də regional əlaqələr barədə danışdıq. Keçən il Türk Dövlətləri Təşkilatı yaratmağımızdan məmnunam. Gələn ay Özbəkistanda keçiriləcək zirvə toplantısı əlaqələrimizi daha da gücləndirəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər