Nazir: "Gürcüstan Krım körpüsünün partladılmasında iştirak etməyib"
Tarix: 12-10-2022 17:44 | Bölmə: Dünya
Nazir: "Gürcüstan Krım körpüsünün partladılmasında iştirak etməyib"

Gürcüstan Krım körpüsünün partladılmasında iştirak etməyib və gömrük-buraxılış məntəqəsində bununla bağlı heç bir şübhəli fakt qeydə alınmayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib/Report.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Krım körpüsündə partlayan yük maşını Bolqarıstan, Gürcüstan və Ermənistandan keçməklə Rusiyaya gedib: “Biz artıq partlayışın baş verdiyi yük maşınının marşrutunu müəyyənləşdirmişik: Bolqarıstan-Gürcüstan-Ermənistan-Şimali Osetiya-Krasnodar diyarı”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}