Borrell: "Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına aparır"
Tarix: 13-10-2022 14:46 | Bölmə: Dünya
Borrell: "Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına aparır"

Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına və Avropa İttifaqının yenilənməsinə aparır.

Bunu bu gün Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell çıxışı zamanı deyib.

O həmçinin qeyd edib ki, “soyuq müharibə”dən sonrakı dövr artıq başa çatıb.

“Rusiyanın Ukraynaya hücumu və Ukraynada müharibənin başlanması ilə “soyuq müharibə”dən sonrakı vəziyyət dəyişib. Biz hazırda yeni dünyanın yaranması dövrünü yaşayırıq, çünki bu müharibə bir çox məsələni və əlbəttə ki, Aİ dəyişir. Bu müharibə başqa bir Aİ yaradacaq” – deyə Borrel vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}