21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Makron nüvə sirrini yaymaqda ittiham olunur
Tarix: 14-10-2022 11:04 | Bölmə: Dünya
Makron nüvə sirrini yaymaqda ittiham olunur

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Fransa prezidenti Emmanuel Makronu nüvə silahının tətbiqi ilə bağlı açıqlamasına görə qınayıb.

UNIAN-ın xəbərinə görə, B. Uolles deyib ki, Fransa lideri nüvə silahının tətbiqi üzrə planın yayılmaması haqqında prinsipi pozub.

B. Uolles əlavə edib ki, Rusiyanın nüvə silahından mümkün istifadəsi 1945-ci ildə tətbiq edilmiş tabuları pozacağı üçün ciddi nəticələrə səbəb ola bilər. Nazir belə bir addımın Rusiya prezidenti Vladimir Putini və ölkəsini bütün dünyadan təcrid vəziyyətinə salacağını vurğulayıb.

Xatırladaq ki, E. Makron bir müddət əvvəl Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə Fransanın bu silahından istifadə etməyəcəyini bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər