Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Moskvaya gedir
Tarix: 15-10-2022 11:25 | Bölmə: Dünya
Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri Moskvaya gedir

Ermənistan Müdafiə Nazirliyinin və Təhlükəsizlik Şurasının nümayəndələri Rusiyanın paytaxtı Moskvaya gedəcəklər.

“Sputnik Armenia” xəbər verir ki, həmçinin Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri də səfərdə iştirak edəcəklər.

Bildirilib ki, səfərin məqsədi KTMT-nin Hərbi-İqtisadi Əməkdaşlıq üzrə Dövlətlərarası Komissiyasının iclasında iştirak etməkdir.

İclas oktyabrın 17-dən 19-dək keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}