21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İran XİN: "Rusiya-Ukrayna müharibəsində heç bir tərəfə silah göndərilməyib"
Tarix: 17-10-2022 12:25 | Bölmə: Dünya
İran XİN: "Rusiya-Ukrayna müharibəsində heç bir tərəfə silah göndərilməyib"

"Biz Ukraynada müharibədə iştirak edən tərəflərə heç bir silah göndərməmişik".

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani keçirdiyi həftəlik mətbuat konfransında deyib.

“Təəssüf olsun ki, siyasi mövzulara söykənən xəbərlər dərc olunur. İran dəfələrlə bəyan edib ki, Rusiya və Ukrayna arasında müharibənin tərəfi deyil və heç bir tərəfə silah göndərməyib”, - o qeyd edib.

Kənani vurğulayıb ki, İran Suriya və İraqdakı müharibənin əleyhinə olduğu kimi, Ukraynadakı müharibənin də əleyhinədir: “Hərbi yanaşmanı dayandırmaq üçün səylərimizi göstərdik. Müharibənin bir tərəfinə milyonlarla dollarlıq silah ixrac edən ölkələrin İrana qarşı təbliğata başlaması acı ironiyadır. Əgər o ölkələr sülh tərəfdarıdırsa, bu qədər silah göndərilməsi nə deməkdir? İran siyasi həll yolu axtarır və biz bunu bu yolla etməyə çalışacağıq”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər