Medvedev: “Qərb münaqişənin sona çatmasında maraqlı deyil”
Tarix: 24-02-2023 14:13 | Bölmə: Dünya
Medvedev: “Qərb münaqişənin sona çatmasında maraqlı deyil”

Rusiyaya qarşı təhdidlər onun sərhədlərindən mümkün qədər uzağa aparılmalıdır. Reyting.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Teleqram kanalında bildirib.

D. Medvedev deyib ki, xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olmaq lazımdır.

Medvedev daha sonra yazıb:

“Ölkəmizə qarşı təhlükələrin sərhədlərini mümkün qədər uzağa itələyin, hətta bu Polşanın sərhədləri olsa belə”.

O, Rusiyanın əsas rəqiblərinin məqsədinin Moskvanı mümkün qədər zəiflətmək olduğuna da işarə edib. “Ona görə də Qərb dövlətləri münaqişənin sona çatmasında maraqlı deyil. Eyni zamanda, gec-tez, hansısa razılaşma əldə olunacaq”, - Medvedev bildirib.

Təhlükəsizlik Şurası sədrinin müavini xəbərdarlıq da edib: “Nə vaxtsa “özlərini Ukraynanın qanuni hakimiyyəti adlandıran” yeni insanlar daha bir dünya münaqişəsini qızışdırmağa başlayacaqlar. Buna yol vermək olmaz”.

Onu da qeyd edək ki, bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərbin Rusiyanı parçalamaq cəhdlərinin uğursuz olduğunu açıqlamışdı. Onun sözlərinə görə, Ukraynadan istifadə edərək kollektiv Qərb Rusiyanı müstəqillikdən məhrum etməyə çalışır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər