İtaliyadakı qayıq qəzasında 30-dan çox ölən var
Tarix: 27-02-2023 10:35 | Bölmə: Dünya
İtaliyadakı qayıq qəzasında 30-dan çox ölən var

İtaliyanın Kalabriya vilayətinin Krotone şəhərinin sahil sularında 30-dan çox miqrantın cəsədi aşkar edilib.

Reyting.az
“Adnkronos” agentliyinə istinadla xəbər verir ki, göyərtəsində 100-dən artıq miqrantın olduğu, İtaliyanın cənub sahillərinə yaxınlaşan qayıq dənizdə qəzaya uğrayıb.

Məlumatda qeyd edilir ki, sahildə 30-dan çox miqrantın meyiti aşkarlanıb, 50 nəfər xilas edilib, sağ qalanların axtarışı davam etdirilir.

İlkin etimala görə, göyərtəsində İran, Əfqanıstan və Pakistan vətəndaşlarının olduğu qayıq dənizdəki güclü dalğa səbəbindən qayalara çırpılıb və çevrilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}