Etirazçılar Makronun istefasını tələb edir
Tarix: 28-03-2023 18:05 | Bölmə: Dünya
Etirazçılar Makronun istefasını tələb edir

Hökumətin artıq qəbul etdiyi pensiya islahatına qarşı onuncu ümummilli tətil fonunda həmkarlar ittifaqlarının çağırışı ilə Parisdə başladılmış aksiyada on minlərlə insan iştirak edir.


Rusiya KİV-ləri xəbər verir ki, nümayişçilər “Pensiyalarımıza toxunma”, “Makron, get” şüarları səsləndirirlər.

Nümayişçilərin Respublika meydanından başlayan yürüşü Millət meydanınadək davam edəcək. Onlar hökumətin həmkarlar ittifaqlarının etirazlarına, əhalinin narazılığına, deputatların dəstəyinin olmamasına məhəl qoymadan islahatı zorla həyata keçirməsinə etiraz edirlər/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}