Bolsonaru Braziliya müxalifətinin başına keçməyəcək
Tarix: 30-03-2023 09:01 | Bölmə: Dünya
Bolsonaru Braziliya müxalifətinin başına keçməyəcək

Braziliyanın eks-prezidenti ölkə müxalifətinin lideri olmaq barədə düşünmədiyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Braziliyanın sabiq prezidenti Jair Bolsonaru son üç ay müddətində dincəldiyi Birləşmiş Ştatlardan vətənə dönərkən açıqlama verib:

“Üzvü olduğum Liberal Partiya deputatlar Palatasında və Senatdakı kürsülərin 20 faizinə sahibdir. Mən heç bir müxalifət düşərgəsinin başçısı olmayacam. 4 il prezidentlik, 28 il deputatlıq təcrübəsinə, 2 il bələdiyyədə və 15 il orduda xidmətə malik biri kimi partiyamın fəaliyyətində sıravi üzv kimi çalışacam və arzu edənlərlə də əməkdaşlığı qəbul edəcəm”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}