Nüvə silahları ilə bağlı növbəti gərginlik başlayıb
Tarix: 30-03-2023 12:51 | Bölmə: Dünya
Nüvə silahları ilə bağlı növbəti gərginlik başlayıb

Rusiya ilə ABŞ arasında gərginlik hər ötən gün artır. Rusiya martın 1-də START-3 Nüvə Silahlarına Nəzarət Müqaviləsini birtərəfli qaydada dayandırdığını elan etdikdən sonra, dünən ABŞ administrasiyası Moskvaya qarşı qisas əməliyyatına başlayıb.

Reyting.az
xəbər verir ki, ABŞ-ın qisas əməliyyatı Dövlət Departamentinin bəyanatında açıq ifadə olunur.

Dövlət Departamenti bəyan edir ki, nüvə silahlarına nəzarət razılaşmasını dayandıran Rusiyanı masaya qaytarmaq üçün addımlar atılmalıdır.

Departament bildirir ki, bundan sonra hər altı aydan bir START-3 razılaşmasına əsasən, nüvə başlıqları ilə bağlı Rusiya tərəfinə hesabat göndərilməyəcək.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə ABŞ-a vacib bir xatırlatma edib: "START-3 Nüvə Silahlarına Nəzarət Müqaviləsi ABŞ deyil, Rusiya tərəfindən dayandırılıb”.

Onun sözlərinə görə, ABŞ-dan tələb olunur ki, imzaladığı müqaviləyə uyğun olaraq Rusiyaya nüvə silahı ilə bağlı hərtərəfli hesabatlar təqdim etməyə davam etsin. Əks halda, ABŞ müqavilədən çıxmış hesab olunacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}