18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
NATO-nun yeni rəhbəri kim ola bilər? - Foto
Tarix: 01-04-2023 08:25 | Bölmə: Dünya
NATO-nun yeni rəhbəri kim ola bilər?
Yens Stoltenberq

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Yens Stoltenberqin gedişindən sonra NATO-ya rəhbərlik edə bilər.

Reyting.az
xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri mənbəyə istinadla yazıb.

Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. O, doqquz ildir ki, alyansa rəhbərlik edir.

“Diplomatik mənbə bildirib ki, NATO üzvü olan bir sıra ölkələr ona (Ursula fon der Leyen. - Red) bu ilin oktyabrında alyansın idarəçiliyini təhvil almağı təklif ediblər”, - nəşr yazıb.


Ursula fon der Leyen

Bununla belə, Böyük Britaniya Urusla fon der Leyenin Almaniya silahlı qüvvələrinin başında olan zəif göstəricilərini əsas gətirərək onun namizədliyinə veto qoya bilər.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər